Bank Of Baku

Rubio: ABŞ Kubaya qarşı bütün vasitələrdən istifadə etməyə hazırdır

ABŞ dövlət katibi Marko Rubio

© APA | ABŞ dövlət katibi Marko Rubio

# 11 iyul 2026 20:26 (UTC +04:00)

ABŞ Kubadan qaynaqlandığını iddia etdiyi milli təhlükəsizlik təhdidlərini aradan qaldırmaq üçün bu ölkəyə qarşı bütün mümkün vasitələrdən istifadə etməyə hazırdır.

APA xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti dövlət katibi Marko Rubionun bəyanatına istinadən məlumat yayıb.

Amerika diplomatiyasının rəhbəri Vaşinqtonun Kubada siyasi və iqtisadi islahatların aparılmasını zəruri hesab etdiyinə dair mövqeyini bir daha ifadə edib. Onun iddiasına görə, ölkə iqtisadiyyatı “sərbəst eniş vəziyyətindədir”.

“ABŞ milli təhlükəsizlik təhdidlərini aradan qaldırmaq və Kubaya daha yaxşı gələcək təmin etmək üçün iqtisadi və siyasi islahatlara dəstək məqsədilə əlində olan bütün vasitələrdən istifadə etməyə davam edəcək. Kuba rəhbərliyi çox gec olmadan real islahatlar, sülh və rifah naminə seçim etməlidir”, - deyə Rubio bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR