Bank Of Baku

Rubio: ABŞ Səudiyyə Ərəbistanı qarşısında müdafiə öhdəliklərini yerinə yetirəcək

ABŞ dövlət katibi Marko Rubio

© APA | ABŞ dövlət katibi Marko Rubio

# 23 sentyabr 2026 22:42 (UTC +04:00)

ABŞ Səudiyyə Ərəbistanı ilə müdafiə sazişi çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam sadiqdir.

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Yəməndə vəziyyətin gərginləşməsini şərh edən Rubio ABŞ Prezidenti Donald Trampın mümkün hərbi addımları barədə danışmaqdan imtina edib. Bununla yanaşı, o, Vaşinqtonun Ər-Riyadla “çox güclü müdafiə sazişi”nə malik olduğunu və öhdəliklərini yerinə yetirəcəyini vurğulayıb.

Rubio, həmçinin Səudiyyə Ərəbistanının “Şərq-Qərb” neft kəmərinin fəaliyyətini bərpa etməsini müsbət qiymətləndirərək bunun həm ölkə, həm də dünya iqtisadiyyatı üçün mühüm əhəmiyyət daşıdığını bildirib.

Daha əvvəl “The New York Times” mənbələrə istinadən ABŞ-nin Yəməndə husilərin mövqelərinə zərbələr endirməkdən hələlik imtina etdiyini yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR