Bank Of Baku

Rubio Hindistan və Pakistan XİN rəhbərləri ilə əlaqə saxlayacaq

ABŞ dövlət katibi Rubio

© APA | ABŞ dövlət katibi Rubio

# 30 aprel 2025 01:58 (UTC +04:00)

ABŞ dövlət katibi Rubio Hindistan və Pakistan XİN rəhbərləri ilə əlaqə saxlayacaq.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin rəsmi nümayəndəsi Temmi Bryus məlumat verib.

“Dövlət katibi hər iki ölkənin XİN rəhbərləri ilə bu gün və ya sabah danışacaq. O, digər beynəlxalq liderləri və xarici siyasət idarələrinin rəhbərlərini də vəziyyətə müdaxilə etməyə və tərəflərlə əlaqə qurmağa çağırır”, – deyə Bryus bildirib.

Xatırladaq ki, Hindistanın "PTI" agentliyi daha əvvəl xəbər vermişdi ki, baş nazir Narendra Modi təhlükəsizliklə bağlı keçirilən müşavirədə silahlı qüvvələrə Pahalgamda baş verən terror aktına cavab olaraq müstəqil qərarlar qəbul etmək səlahiyyəti verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR