Gürcüstanda saxlanılan azərbaycanlı gənclərin məhkəməsi dekabrın 6-da davam edəcək

Gürcüstanda saxlanılan azərbaycanlı gənclərin məhkəməsi dekabrın 6-da davam edəcək
# 14 oktyabr 2016 17:52 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Rustavi Şəhər Məhkəməsində Marneuli seçki dairəsinin 48 nömrəli Qızılhacılı seçki məntəqəsində baş verən qarşıdurma ilə bağlı məhkəmə iclası başa çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, saxlanılan 6 nəfərin qohumları və kənd sakinləri məhkəmə binası ətrafına toplaşıblar. Onlar saxlanılan şəxslərin cərimə ödənilib azad olunmasını tələb ediblər.

“Burçuladze-Xalq üçün” partiyasından parlament seçkilərində namizəd irəli sürülən İsrafil Bayramov APA-ya açıqlamasında məhkəmə prosesinin dekabrın 6-da keçiriləcəyini bildirib. O, məhkəmədə gənclərin cinayət törətmələri barədə iddiaların təsdiqini tapmadığını qeyd edib: “Məhkəmədə faktlar təsdiqlənməyib. Ona görə də təkrar iclas dekabrın 6-da olacaq”.

İ. Bayramov azərbaycanlı gənclər barədə 2 ay müddətinə həbs-qətimkan tədbirinin seçildiyini bildirib.

Qeyd edək ki, onlar oktyabrın 13-də yaşadıqları Qızılhacılı kəndində saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR