Cəlilabadda mikroavtobus 8 yaşlı məktəblini vurub

Cəlilabadda mikroavtobus 8 yaşlı məktəblini vurub
# 20 may 2024 15:39 (UTC +04:00)

Cəlilabadda mikroavtobus azyaşlını vurub.

APA - nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində məktəbin qarşısında baş verib. Marşrut xətti üzrə hərəkət edən "Mercedes" markalı mikroavtobus məktəbin qarşısında 2016-cı il təvəllüdlü S.R-ni vurub. Qəza nəticəsində xəsarət alan azyaşlı, rayon xəstəxanasına aparılıb.

Həkimlər məktəblinin vəziyyətini orta ağır qiymətləndirir.

Fakt üzrə araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR