Çində baş verən zəlzələ nəticəsində bir nəfər ölüb

Çində baş verən zəlzələ nəticəsində bir nəfər ölüb
# 25 noyabr 2016 23:52 (UTC +04:00)

Çində baş verən zəlzələ nəticəsində 1 nəfər ölüb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Sintszyan-Uyğur Muxtar Rayonunda bir nəfər dağılan evin altında qalıb.

Ümumilikdə bölgədə 6 yaşayış evinə ziyan dəyib. Qeyd edək ki, ötən gün yerli vaxtla saat 14:24-də Sintszyan-Uyğur Muxtar Rayonunda 6,9 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Çin-Qırğızıstan sərhədində, ocağı 40 km dərinlikdə yerləşib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR