Sergey Lavrov: "Liviya ssenarisinin təkrarlanmasının qarşısını almaq üçün Suriyaya hər cür dəstəyi göstərəcəyik "

Sergey Lavrov: "Liviya ssenarisinin təkrarlanmasının qarşısını almaq üçün Suriyaya hər cür dəstəyi göstərəcəyik "
# 10 sentyabr 2015 17:03 (UTC +04:00)

Moskva.Fərid Əkbərov - APA. Rusiya xarici işlər naziri Sergey Lavrov məlum Qərb dövlətlərinin müdaxiləsi ilə rejim dəyişikliyi edilən Liviya ssenarisinin təkrarlanmaması üçün Suriyaya yardım etdiklərini açıqlayıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Sudan və Cənubi Sudan respublikalarının xarici işlər nazirləri ilə birgə keçirilən brifinqdə çıxış edən Rusiya XİN başçısı Suriyada Liviya ssenarisinin təkrarlanmasına icazə verməyəcəklərini, bunun qarşısını almaq üçün hər cür dəstək göstərəcəklərini bildirib: "Bizim bəzi qərbli tərəfdaşlarımız istəmədiyi rejimləri aradan götürmək düşüncəsinə sahibdirlər".

Suriyada olan Rusiya hərbçiləri barədə suala cavab verən Sergey Lavrov Suriyada Rusiya hərbçilərinin uzun illərdir mövcud olduğunu qeyd edib.

Bölgəyə göndərilən Rusiya hərbi yüklərinin beynəlxalq hüquqa və ikitərəfli müqavilələrə uyğun olduğunu söyləyən nazir rusiyalı ekspertlərin də Suriyada çalışdığını bildirib: "Bizim silahların istifadəsi ilə bağlı ekspertlərimiz təlimlər keçirlər. Rusiya bu mərhələdə hər hansı bir əlavə addım atmayacaq. Lakin Rusiya qanunvericiliyinə, beynəlxalq hüquqa, Suriya hökumətinin terrorla mübarizəsinə yardım edəcək bir vəziyyət yaranarsa, lazım olanı edəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR