İstismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının siyahısı təsdiqlənib

İstismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının siyahısı təsdiqlənib
# 03 dekabr 2016 08:37 (UTC +04:00)

Nazirlər Kabineti "Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yerli icra hakimiyyəti orqanının qərarı əsasında mülkiyyətində, istifadəsində və ya icarəsində olan torpaq sahəsində tikinti layihəsi ekspertizadan keçirilmədən inşa edilmiş, mərtəbəsinin sayı 1-dən, hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, həmçinin mərtəbələrinin sayı 2-dən, hər mərtəbəsinin hündürlüyü 4 metrdən, aşırımlarının uzunluğu 6 metrdən, ümumi sahəsi 500 kvadratmetrdən çox olmayan, istismarına sadələşdirilmiş icazə verilməsi tətbiq olunan qeyri-yaşayış binalarının (tikinti obyektlərinin) istismar təyinatının Siyahısı"nı təsdiq edib.


APA-nın məlumatına görə, siyahıya istehsal sahələri obyektləri, sosial təyinatlı obyektlər, inzibati obyektlər və ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri obyektləri daxildir.

Qeyd edək ki, "Bəzi tikinti obyektlərinin istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında" prezidentin 2016-cı il 19 may tarixli fərmanı ilə bu obyektlərin istismarına icazə verilməsi sadələşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR