BMT: İraqda 5 milyondan çox insan öz evini tərk etmək məcburiyyətində qalıb

BMT: İraqda 5 milyondan çox insan öz evini tərk etmək məcburiyyətində qalıb
# 09 oktyabr 2017 21:34 (UTC +04:00)

İraqda 5 milyondan çox insan öz evini tərk edərək məcburi köçkünə çevirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bəyan edib.

“2014-cü ildən etibarən İraqda 5,4 milyon dinc sakin evini tərk edərək ölkə daxilində məcburi köçkünə çevirib. Hazırda biz əl-Xəvicə bölgəsində dinc sakinlərin təhlükəsizliyindən çox narahatıq ”, deyə BMT rəsmisi bildirib.

Qeyd edək ki, İraq ordusu Kərkük əyalətinin əl-Xəvicə şəhərinin İŞİD silahlılarından tam təmizləndiyini bəyan edib. Bu ilin iyulunda Mosul şəhərinin azad edilməsindən sonra əl-Xəvicə terrorçuların əsas dayaq nöqtəsi olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR