Türkiyənin təhsil müşaviri: "Azərbaycanda təhsil alan tələbələrimizdən gözləntilərimiz böyükdür"

Türkiyənin təhsil müşaviri: "Azərbaycanda təhsil alan tələbələrimizdən gözləntilərimiz böyükdür"
# 27 oktyabr 2017 09:47 (UTC +04:00)

Azərbaycan Dövlət Pedaqoji Universitetində türkiyəli və azərbaycanlı tələbələrin iştirakı ilə Türkiyə Cümhuriyyətinin yaranmasının 94 illiyinə həsr edilmiş tədbir keçirilib.

APA-nın xəbərinə görə, ADPU-nun Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov bildirib ki, tədbir tarixi bir günə həsr edilib: "29 oktyabr - Cumhuriyyət bayramı bütün türk dünyasında, o cümlədən Azərbaycanda müxtəlif tədbirlərlə qeyd olunur. Dünyada 5 mindən çox xalqdan yalnız 200-ə qədərinin dövləti var ki, onlardan da ikisi Azərbaycan və Türkiyədir. Hər iki ölkənin tarixən bütün sahələrdə dostluq və qardaşlıq münasibətləri var. Azərbaycan və Türkiyə tələbələri qarşılıqlı olarq ali məktəblərdə təhsil alırlar”.


Türkiyənin Azərbaycandakı təhsil müşaviri Abdülqafur Böyükfırat isə hər iki ölkənin təhsil əlaqələrinin inkişafını, əldə olunan nailiyyətləri yüksək qiymətləndirib: "Bu gün Azərbaycanda təhsil alan çoxsaylı türk tələbələrindən gələcək üçün gözləntilərimiz böyükdür. İnanırıq ki, onlar dost ölkədə lazımi səviyyədə təhsil alaraq ölkəmizə gələcək və gələcək inkişaf üçün çalışacaqlar”.

Türkiyənin Azərbaycandakı dini xidmətlər müşaviri Kamil Günəş və digər qonaqlar Cümhuriyyət bayramı ilə bağlı fikirlərini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR