Salyanda qəzada xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Salyanda qəzada xəsarət alanların kimliyi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 08 noyabr 2017 21:02 (UTC +04:00)

Salyan rayonunda minik avtomobilinin su kanalına aşması nəticəsində xəsarət alanların kimliyi məlum olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu, sürücü Lənkəran sakini, 1985-ci il təvəllüdlü Cəfərov Seyfəddin Bəkir oğlu, avtomobildə olan sərnişinlər Lənkəran sakinləri, 1962-ci il təvəllüdlü Xəlilova Mehriban Cəlal qızı, 1971-ci il təvəllüdlü Əlizadə Elnarə İltifat qızı və 1968-ci il təvəllüdlü Nəcibəyov Rahim Gülağa oğludur.

Yaralılar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Salyan rayon xəstəxanasına yerləşdirilib.

***

23:19

Salyanda yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyanın Çuxanlı kəndi ərazisində “Mercedes” markalı avtomobil kanala aşıb. Avtomobildə 4 nəfərin olduğu bildirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Muğan regional şöbəsinin əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə qalanların çıxarılması istiqamətində tədbirlər görür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR