Tramp tezliklə İranla nüvə razılaşması barədə qərarını açıqlayacaq

Tramp tezliklə İranla nüvə razılaşması barədə qərarını açıqlayacaq
# 07 may 2018 21:29 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp tezliklə İranla nüvə razılaşması barədə qərarını açıqlayacaq.

APA-nın xəbərinə görə, bu barədə ABŞ lideri özünün “Twitter” səhifəsində yazıb.

"Mən sabah saat 14:00-da Ağ Evdə İranla razılaşmaya dair qərarımı açıqlayacam", Tramp yazıb.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və “altılıq ölkələri - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.

2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib, gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR