Astara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycan İrana kredit ayıracaq

Astara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycan İrana kredit ayıracaq
# 25 noyabr 2016 09:04 (UTC +04:00)

Astara-Rəşt dəmir yolunun tikintisi üçün Azərbaycan İrana kredit ayıracaq.

APA-Economics xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov "Strateji tərəfdaşlıq 1520: Dünyanın dörd tərəfini birləşdirən Qafqaz regionu" biznes forumunda çıxışı zamanı bildirib.

C.Qurbanovun sözlərinə görə, hal-hazırda kreditin verilişi barədə danışıqlar aparılır.

"Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin tikintisi bu ilin sonu və ya növbəti ilin birinci yarısında yekunlaşacaq", - deyə C.Qurbanov bildirib.

İran dəmir yollarının vitse-prezidenti Hüseyn Aşuri isə Astara çayı üzərində körpü tikintisinin artıq başa çatdığını, İran tərəfdə hal-hazırda işlərin getdiyini bildirib: "İran tərəfdə də işlər bu ilin sonu yekunlaşacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR