Lənkəran sakininə ölümcül xəsarətlər yetirən şəxs törətdiyi əməli etiraf edib

Lənkəran sakininə ölümcül xəsarətlər yetirən şəxs törətdiyi əməli etiraf edib
# 22 yanvar 2018 14:30 (UTC +04:00)

Lənkəranda sakinlərini döyməkdə, bir nəfərə ölümcül xəsarətlər yetirməkdə şübhəli bilinən şəxs törətdiyi əməli etiraf edib.


APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə və öldürməkdə şübhəli bilinən Liman şəhəri M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalov ilkin ifadəsində evlərə girərək sakinləri döydüyünü deyib.


Qeyd edək ki, Liman şəhəri ərazisində yanvar ayının 13-ü 48 yaşlı Samirə Miriyeva və onun anası 69 yaşlı Humay Qarayeva, yanvarın 14-də isə 16 yaşlı Heybət Abdullayev və 50 yaşlı Nəcəfqulu Həsənov evində döyülüb.

Müxtəlif bədən xəsarətləri alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Xəsarətləri ağır olan 48 yaşlı Samirə Miriyevanı xilas etmək mümkün olmayıb. O, xəstəxanada dünyasını dəyişib.


Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR