Lvovda Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılışı olub

Lvovda Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılışı olub
# 29 noyabr 2017 14:46 (UTC +04:00)

Ukraynanın Lvov şəhərində 1 saylı şəhər klinik xəstəxanasının poliklinikasında görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzin açılış mərasimi olub.

Azərbaycanın Ukraynadakı səfirliyindən APA-ya verilən məlumata görə, açılış mərasimində Azərbaycanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev, Lvov Vilayət və Şəhər Administrasiyasının rəhbərliyi, Ukrayna Azərbaycanlılarının Birləşmiş Konqresinin Lvov vilayəti üzrə sədri Teymur Məmmədov, Poltava Vilayət Şurasının deputatı Fəxrəddin Muxtarov və şəhərin ictimai fəalları iştirak ediblər.

Tədbirdə çıxış edən 1 saylı Lvov şəhər klinik xəstəxanasının baş həkimi, Ukraynanın əməkdar həkimi Cəvahir Cəfərova bildirib ki, Zərifə Əliyeva adına Oftalmoloji Mərkəzə ən müasir tibbi avadanlıqlar alınıb, yüksək səviyyədə təmir işləri aparılıb. Buraya gələn xəstələrin dəqiq diaqnostik müayinəsi və müalicəsi üçün hərtərəfli şərait yaradılıb.

“Zərifə Əliyeva insanlara nur bəxş edən alim olub”, - deyən baş həkim belə bir mərkəzin açılması üçün göstərdiyi dəstəyə görə Azərbaycanın Ukraynadakı səfirliyinə, deputat Fəxrəddin Muxtarova, xeyriyyəçi Könül İbrahimovaya təşəkkürünü bildirib.

Azərbaycan və Ukrayna arasında münasibətlərin dərinləşdiyini vurğulayan səfir A.Xudiyev qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəxsi təşəbbüsləri ilə xarici ölkələrdə çox uğurlu sosial layihələr həyata keçirilir, açılışı keçirilən Oftalmoloji Mərkəzin yaradılması da bu cür sosial layihələrin tərkib hissəsidir.

Səfir deyib ki, Lvovda Zərifə Əliyevanın adının əbədiləşdirilməsi böyük hadisədir.

əlavə edib.

“Bu Oftalmoloji Mərkəz minlərlə insana işıq, həyat bəxş edəcək”, - deyən Lvov şəhər səhiyyə şöbəsinin müdir müavini Natali Litvinskaya çıxışında dəstəyə görə Azərbaycan dövlətinə dərin təşəkkürünü bildirib. Onun sözlərinə görə, Lvov vilayətində qeydə alınan xəstəliklərin 10 faizi göz xəstəliklərinin payına düşür. Bu baxımdan müasir tibbi avadanlıqla təchiz olunmuş Zərifə Əliyeva adına Oftalmoloji Mərkəz lvovlular üçün böyük əhəmiyyətə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR