Donald Tusk: “Aİ ilə vizasız rejimə nail olmaq üçün Gürcüstana yeni islahatlar gərəkdir”

Donald Tusk: “Aİ ilə vizasız rejimə nail olmaq üçün Gürcüstana yeni islahatlar gərəkdir”
# 21 iyul 2015 01:05 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə Aİ Şurasının sədri Donald Tusk Gürcüstan prezidenti Georgi Marqvelaşvili ilə birgə mətbuat konfransında bildirib.

“Aİ-dən vizasız rejim əldə etmək üçün Gürcüstan hələ bir neçə əlavə islahatlar həyata keçirməlidir. Söhbət Gürcüstanın korrupsiya, narkotiklərin yayılması və insan alveri ilə mübarizə sahəsində səylərinin artırılmasından gedir”, deyə o bildirib.

“Şəxsən mən Gürcüstana vizasız rejimin tətbiq edilməsini çox arzulayıram, lakin mənim diləyim zəmanət verə bilməz, islahatları davam etdirmək lazımdır”, deyə Tusk əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR