Azərbaycan Kazanda keçirilən müsəlman kinosu festivalında iki filmlə təmsil olunacaq

Azərbaycan Kazanda keçirilən müsəlman kinosu festivalında iki filmlə təmsil olunacaq
# 04 sentyabr 2015 12:09 (UTC +04:00)

Mədəniyyət və Turizm Nazirliyinin inforamsiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, festivalda “Bakı sübhdən günbatanadək” sənədli və “Köhnə saat” cizgi filmləri nümayiş olunacaq.

Festivalın proqramına 25 ölkədən bədii, sənədli və animasiya filmləri olmaqla ümumilikdə 50 ekran əsəri daxil edilib.

“Bakı sübhdən günbatanadək” tammetrajlı sənədli filmi Polşa kinematoqrafçılarının iştirakı ilə “Dünya sübhdən günbatanadək” beynəlxalq layihəsi çərçivəsində hazırlanıb. Layihə çərçivəsində şəhər həyatının ayrı-ayrı situasiyalarını əks etdirən 3-4 dəqiqəlik 18 süjet çəkilib və bu filmlərdən 50 dəqiqəlik tammetrajlı sənədli film ərsəyə gəlib.

Layihənin Azərbaycandakı tərəfdaşı Mədəniyyət və Turizm Nazirliyi və “Azanfilm” studiyasıdır.

“Azanfilm”in “Birlik” yaradıcılıq studiyası ilə birgə istehsal etdiyi “Köhnə saat” cizgi filminin rejissoru Cavid Əhədov, bədii rəhbəri Firəngiz Qurbanova, prodüseri Fariz Əhmədovdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR