Akademik Milli Dram Teatrı mövsümə “Nağıllar aləmində” tamaşası ilə yekun vuracaq

Akademik Milli Dram Teatrı mövsümə “Nağıllar aləmində” tamaşası ilə yekun vuracaq
# 30 iyun 2015 08:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 142-ci teatr mövsümünə “Nağıllar aləmində” tamaşasının premyerası ilə yekun vuracaq. Teatrdan APA-ya verilən məlumata görə, xalq nağılları əsasında hazırlanmış səhnə əsəri iyulun 2-də nümayiş olunacaq.

Tamaşanın bədii rəhbəri İsrafil İsrafilov, quruluşçu rejissoru xalq artisti Bəsti Cəfərova, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılov, rəqslərin quruluşçusu Güney Əliyeva və Ülvi Həsənovdur.

Tamaşada rolları Güney Əliyeva, Aygün Baxışlı, Nigar Məmmədova, Fidan Cəfərova, Günel İmanova, Rəfiqə Məmmədova, Rəşad Bəxtiyarov, Adil Dəmirov, Murad İsmayılov, Ülvi Həsənov və Əlləz Əhmədov ifa edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR