Rusiyanın reytinq agentliyi: Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artacaq

Rusiyanın reytinq agentliyi: Azərbaycan Mərkəzi Bankının valyuta ehtiyatları artacaq
# 26 iyul 2018 08:20 (UTC +04:00)

"2023-cü ilədək Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 8,5 mlrd. dollaradək artacaq".

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiyanın AKRA reytinq agentliyinin Azərbaycan üzrə iqtisadi icmalında qeyd olunub.

Sənəddə bildirilib ki, 2017-ci ilin sonuna AMB-nin ehtiyatları 5,3 mlrd. dollar təşkil edib. Agentliyin analitikləri hesab edir ki, 2018-2022-ci illərdə Mərkəzi Bankın ehtiyatları 60,4% artacaq.

Cari ilin sonuna AMB-nin ehtiyatları 6,2 mlrd. dollar, 2019-cu ilin sonuna 6,6 mlrd. dollar, 2020-ci ilin sonuna 7,5 mlrd. dollar, 2021-ci ilin sonuna 8 mlrd. dollar, 2022-ci ilin sonuna 8,5 mlrd. dollar məbləğində proqnozlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR