Stoltenberq: Avropanın hərbi xərclərinin üçdə ikisi ABŞ-yə gedir

NATO-nun baş katibi Yens Stoltenberq

© APA | NATO-nun baş katibi Yens Stoltenberq

# 17 iyun 2024 20:43 (UTC +04:00)

Avropa ölkələrinin müdafiə xərclərinin üçdə ikisi ABŞ-yə yeni sifarişlərə gedir ki, bu da son iki ildə 140 milyard dollar təşkil edib.

APA "Independent"-ə istinadən xəbər verir ki, bunu Vaşinqtonda Vudro Vilson Mərkəzində çıxışı zamanı NATO-nun baş katibi Yens Stoltenberq deyib.

“Bu gün NATO-nun 20-dən çox ölkəsi müdafiəyə 2%-dən çox pul xərcləyir. Və bu pulun böyük hissəsi ABŞ-yə gedir. Son iki ildə bu vəsaitin üçdə ikisi ABŞ-dəkı hərbi sifarişlərə yönəldilib, onların həcmi təxminən 140 milyard dollar təşkil edib”, - Stoltenberq qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR