Bank Of Baku

Stoltenberq NATO-nun Rusiya ilə münaqişə axtarmadığını deyib

NATO-nun Baş katibi Yens Stoltenberq

© APA | NATO-nun Baş katibi Yens Stoltenberq

# 08 mart 2022 20:19 (UTC +04:00)

“NATO Ukraynadakı vəziyyətin ölkə hüdudlarından kənara yayılmasına qarşıdır”.

APA xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

“Biz müdafiə ittifaqıyıq, biz Rusiya ilə münaqişə axtarmırıq. Məqsədimiz münaqişənin Ukrayna hüdudlarından kənara yayılmasının qarşısını almaqdır. Minlərlə əsgər bizim sərhədlərdədir”,- deyə Stoltenberq bildirib.

Baş katib həmçinin bildirib ki, NATO alyansın kolletiv təhlükəsizliklə bağlı 5-ci maddəsinə sadiqdir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR