ABŞ-ın vitse-prezidenti Mayk Pens iyulun 31-də Gürcüstana səfər edəcək.
APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstan baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib.
Onun sözlərinə görə, bu səfər ABŞ-ın Gürcüstana vacib dəstəyinin göstəricisidir.
“Mayk Pens iyulun 31-dən avqustun 1-dək Gürcüstanda səfərdə olacaq. Bu səfər ABŞ-ın Gürcüstanı dəstəkləməsinin vacib sübutudur. Hesab edirəm ki, bizim qısa vaxt ərzində ABŞ-ın yeni administrasiyası ilə olduqca sıx münasibətlərimiz qurulub və bu, bizim strateji tərəfdaşlıq münasibətlərimizin inkişafı üçün çox önəmlidir”, - deyə Kvirikaşvili vurğulayıb.