Tramp: “ABŞ Baydenə görə Çinin oyuncağına çevrilib”

Tramp: “ABŞ Baydenə görə Çinin oyuncağına çevrilib”
# 19 mart 2024 01:58 (UTC +04:00)

Prezident Co Bayden administrasiyasının siyasəti ucbatından ABŞ Çinin oyuncağına çevrilib.

APA xəbər verir ki, bunu ABŞ-nin keçmiş lideri Donald Tramp Sebastyan Qorkaya müsahibəsində deyib.

“Rusiya və bütün digər ölkələr ABŞ ilə istədiklərini edə bilərlər. Çin, biz Çinin oyuncağıyıq. Bayden ölkəmizin tarixində ən pis prezidentdir”, - deyə Tramp bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR