Tramp: ABŞ hərbi xərcləri artırmaya bilər, amma NATO ölkələri bunu etməlidir

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 21 iyun 2025 04:49 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, NATO ölkələrinin müdafiə xərclərini ÜDM-in 5 faizinə qədər artırması tələbi ABŞ-a şamil olunmamalıdır.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bu fikirləri Nyu-Cersi ştatında jurnalistlərlə söhbətində səsləndirib.

“Düşünürəm ki, onlar bunu etməlidirlər. Amma biz zənnimcə, yox. Çünki biz NATO-ya illərdir dəstək veririk, bəzən elə bil bütün xərcləri yalnız biz ödəyirik. Ona görə də hesab edirəm ki, bu tələb bizə aid olmamalıdır", – ABŞ Prezidenti vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR