Bank Of Baku

Tramp ABŞ Ordusunun Mərkəzi və Afrika Komandanlıqlarının rəhbərlərini dəyişir

Tramp ABŞ Ordusunun Mərkəzi və Afrika Komandanlıqlarının rəhbərlərini dəyişir
# 05 iyun 2025 02:02 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Mərkəzi (CENTCOM) və Afrika (AFRICOM) komandanlıqlarının yeni rəhbərləri vəzifəsinə namizədlər irəli sürüb.

APA xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Mərkəzi Komandanlığın rəhbəri vəzifəsinə ABŞ Hərbi Dəniz Qüvvələrinin vitse-admiralı II Çarlz Kuperin namizədliyi irəli sürülüb. Namizədliyin təsdiqlənəcəyi təqdirdə ona admiral rütbəsi veriləcək.

Afrika Komandanlığının rəhbəri vəzifəsinə isə Hərbi Hava Qüvvələrinin general-leytenantı Daqvin Anderson namizəd göstərilib. Onun da vəzifəyə təsdiqlənməsi ilə general rütbəsinə yüksəldilməsi nəzərdə tutulur.

Hər iki namizədin təyinatı ABŞ Konqresinin Senatı tərəfindən təsdiqlənməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR