Bank Of Baku

Tramp: ABŞ "Qızıl Qübbə" raketdən müdafiə sistemi qurmalıdır

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 05 mart 2025 07:53 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp “gələcəyin ən güclü ordusunu” qurmaq istədiyini açıqlayıb.

“Mən Konqresdən vətənimizi qorumaq üçün ABŞ-də istehsal olunan ən müasir “Qızıl Qübbə” raketdən müdafiə sisteminin maliyyələşdirməsini xahiş edirəm. Ronald Reyqan bunu etmək istəyirdi, amma onda texnologiya sadəcə bu səviyyədə deyildi. İndi bunu edəcək texnologiyamız var”, - deyə, qeyd edib.

APA-nın xəbərinə görə, ABŞ Prezidenti Konqresdəki çıxışında bu sistemin İsraildə olduğunu da vurğulayıb.

" Bizdə bu sistem olmalıdır. Çünki biz qorunmaq istəyirik. Biz müdafiə sənayesi bazamızı gücləndirib, vətəndaşlarımızı heç vaxt olmadığı qədər qoruyacağıq. Biz, həmçinin, Amerika gəmiqayırma sənayesini, o cümlədən kommersiya gəmiqayırma və hərbi gəmiqayırma sənayesini dirçəltmək niyyətindəyik”, - deyə Tramp əlavə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR