Bank Of Baku

Tramp: ABŞ və Çin arasında ticarət danışıqları keçiriləcək

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 07 iyun 2025 01:43 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton və Pekin arasında ticarət mübahisələrinin həlli ilə bağlı görüş 9 iyun 2025-ci il tarixində Londonda baş tutacaq.

APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" hesabında yazıb.

"Məmnuniyyətlə bildirirəm ki, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lütnik və ABŞ-ın ticarət nümayəndəsi, səfir Ceymison Qrir 9 iyun 2025-ci il, bazar ertəsi günü Londonda Çin nümayəndə heyəti ilə ticarət razılaşması məsələsini müzakirə edəcəklər", – Tramp qeyd edib.

Prezident əlavə edib ki, bu görüşün çox uğurlu keçəcəyinə inanır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR