ABŞ Prezidenti Donald Trampın administrasiyası ölkənin aparıcı universitetlərindən ideoloji və daxili siyasət məsələlərində güzəştlər tələb etməyə çalışır.
APA xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata görə, bu məsələ Tramp administrasiyası ilə ali təhsil müəssisələri arasında aparılan qapalı danışıqlarda müzakirə olunur.
Qeyd olunur ki, ABŞ-da onlarla kollec federal yoxlamalara məruz qalıb.
Bir sıra universitetlər isə administrasiya ilə münasibətlərin qurulması üçün siyasi məsləhətçilər cəlb edərək strategiya formalaşdırmağa çalışırlar.