Bank Of Baku

Tramp Ağ Evdə Corcia Meloni ilə görüşəcək

Tramp Ağ Evdə Corcia Meloni ilə görüşəcək
# 09 aprel 2025 01:22 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp aprelin 17-də İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşəcək.

APA xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt jurnalistlər üçün keçirdiyi brifinqdə məlumat verib.

“17 aprel tarixində Prezident Tramp rəsmi işgüzar səfərlə ABŞ-a gələcək İtaliyanın Baş naziri Corcia Melonini qəbul edəcək”, – deyə Livitt bildirib.

Onun sözlərinə görə, bundan əlavə, aprelin 14-də Tramp Ağ Evdə Salvador Prezidenti Nayib Bukele ilə də görüşəcək.

Görüş zamanı ABŞ və Salvador liderləri “Tren de Aragua” və MS-13 kimi cinayətkar qruplaşmalara qarşı mübarilə məsələlərini müzakirə edəcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR