Paşha Bank
Bank Of Baku

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib

Dövlət qulluğunda inzibati icraçı vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib
# 30 iyun 2024 14:27 (UTC +04:00)

30 iyun 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət qulluğunda inzibati icraçı vəzifələrə (B növü) aid olan vəzifə qrupları üzrə test imtahanı keçirilib.

DİM-dən APA-ya verilən məlumata görə, imtahan kağız daşıyıcılar vasitəsilə Bakı və Naxçıvan şəhərlərində 9 binada təşkil olunub. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 437, BB qrupu üzrə 2120 olmaqla, ümumilikdə 2557 namizəd qeydiyyatdan keçib. İmtahanın keçirilməsi üçün 9 ümumi imtahan rəhbəri, 26 imtahan rəhbəri, 221 nəzarətçi və 36 buraxılış rejimi əməkdaşı ayrılıb.

İyulun 1-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalı aparılacaq.

İmtahan nəticələri yaxın 2 gün ərzində elan olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR