Ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər təsdiqini tapıb, akt tərtib olunub

Ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər təsdiqini tapıb, akt tərtib olunub
# 30 iyun 2024 16:45 (UTC +04:00)

Yasamal rayonu, Murtuza Muxtarov küçəsi 145 ünvanında ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış görüntülər Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən APA-ya verilən məlumat görə, xidmət rəsmisi Qafar Ağayev bildirib ki, araşdırma zamanı sözügedən ünvanda, yaşayış binalarının tikintisi məqsədilə "İbrahim-Q" MTK-ya ayrılmış ərazidə 3 ağacın və bir neçə kolun kəsildiyi müəyyən edilib.
Faktla bağlı akt tərtib olunub.

“Təbiətə dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR