Bank Of Baku

Tramp gələn ilin əvvəli Çinə səfər edəcək

Tramp gələn ilin əvvəli Çinə səfər edəcək
# 19 sentyabr 2025 19:42 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp 2026-cı ilin əvvəlində Çinə səfər edəcək.

APA xəbər verir ki, bu barədə Tramp Çin lideri Si Cinpinlə telefon danışığına dair sosial media hesabındakı paylaşımında bildirib.

Tramp oktyabrın 31-dən noyabrın 1-dək Koreya Respublikasında keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində Si Cinpinlə görüşəcəyini açıqlayıb.

Ağ Ev lideri gələn ilin əvvəlində Çinə səfər edəcəyini, Çin liderinin isə uyğun vaxtda ABŞ-a səfər edəcəyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR