“Harvard Universiteti xarici tələbələrin kvotasını təxminən 15%-lə məhdudlaşdırmalıdır.”
APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
"Harvard bizə öz tələbələrinin siyahılarını göstərməlidir. Onların əcnəbi tələbələri var. Tələbələrinin təxminən 31%-i əcnəbi tələbələrdir. Bu rəqəm niyə bu qədər yüksəkdir? Məncə, ilk növbədə, onlar kvotanı 31% yox, 15% səviyyəsində müəyyən etməlidirlər. Bizdə Harvardda və digər universitetlərdə təhsil almaq istəyən insanlar var, lakin oradakı beynəlxalq tələbələrə görə onlar ora qəbul ola bilmirlər ", - Tramp qeyd edib.