Tramp: Həm Rusiya, həm də Ukraynadan məyusam

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 12 iyun 2025 22:19 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna münaqişəsinin sülh yolu ilə həlli istiqamətində irəliləyişin olmamasından məyus olduğunu bildirib.

APA "CBS News"a istinadən xəbər verir ki, amerikalı lider bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Mən Rusiyadan çox məyusam. Amma eyni zamanda Ukraynadan da məyusam. Çünki hesab edirəm ki, bu məsələdə razılaşmalar əldə edilə bilərdi.”

Tramp, müharibənin dayandırılmasının zəruriliyini xüsusi vurğulayıb:

“Qan tökülməsinin qarşısını almaq üçün sülhə nail olmaq çox vacibdir.”

Prezidentin sözlərinə görə, tərəflərin daha konstruktiv yanaşması münaqişənin diplomatik həllini mümkün edə bilərdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR