Bank Of Baku

Tramp: Hindistan bizə tətbiq edilən tarifləri sıfıra endirmək istəyir, bunu illər əvvəl etməli idilər

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 01 sentyabr 2025 18:38 (UTC +04:00)

Hindistan ABŞ-a tətbiq etdiyi tarifləri sıfıra endirməyi təklif edib.

APA xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp özünün “Truth Social” hesabında yazıb.

“Bizim Hindistanla münasibətlərimiz birtərəflidir. Onlar bizə çoxlu məhsul satır, biz isə onlara çox az məhsul satırıq. Bu, onilliklər boyu belə olub. Hindistanlılar ABŞ mallarına qoyulan tarifi sıfıra endirməyi təklif ediblər. Amma vaxt gec olur. Bunu illər əvvəl etməli idilər”, - Tramp qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəll Tramp Hindistan məhsullarına 25%-lik əlavə tarif vergisi tətbiq edib və ABŞ tərəfindən ümumilikdə Hindistana tətbiq edilən tariflər 50%-ə yüksəlmişdi. Bu, iki ölkə arasında gərginliyə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR