ABŞ Prezidenti Donald Tramp İordaniyada iyulun 18-də İranın zərbələri nəticəsində Amerika hərbçilərinin hansı şəraitdə həlak olmaslı ilə bağlı aparılan araşdırmanın davam etdiyini bildirib.
APA xəbər verir ki, Tramp bunu Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərin suallarını cavablandırarkən deyib.
"İş aparılır. Nəticələri dərc olunacaq", – deyə ABŞ prezidenti araşdırmanın yekunlarının sonradan ictimaiyyətə açıqlanacağını bildirib.
ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, iyulun 18-də İranın İordaniyadakı obyektlərə endirdiyi zərbə nəticəsində iki amerikalı hərbçi həlak olub, bir hərbçi isə əvvəlcə itkin düşmüş hesab edilib. Daha sonra onun nəşi tapılaraq şəxsiyyəti müəyyənləşdirilib.