Bank Of Baku

Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb

Bakıda avtoyuma məntəqəsindən maşın qaçıran şəxs saxlanılıb
# 22 iyul 2026 15:38 (UTC +04:00)

Avtoyuma məntəqəsindən avtomobil qaçıran şəxs saxlanılıb.

APA DİN-ə istinadən xəbər verir ki, paytaxtın Xətai rayonu ərazisində zərərçəkənə məxsus "Subaru" markalı avtomobil oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən A.Həsənov Kürdəmir rayonu istiqamətində hərəkətdə olarkən saxlanılıb. Araşdırmalarla şübhəli şəxsin müştərinin avtoyuma məntəqəsinə təhvil verdiyi avtomobili qanunsuz olaraq götürərək hadisə yerindən uzaqlaşdığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR