Bank Of Baku

Tramp: İranla 15 maddənin çoxu barədə razılıq əldə olunub, uran zənginləşdirilməyəcək

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 08 aprel 2026 15:48 (UTC +04:00)

İranda uranın zənginləşdirilməsi baş verməyəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb.

“ABŞ İranla yaxından işləyəcək. Hansı ki, bizim fikrimizcə, orada çox məhsuldar rejim dəyişikliyi verib. Uranın zənginləşdirilməsi olmayacaq və ABŞ İranla birlikdə işləyərək dərin basdırılmış nüvə tozlarını çıxarıb ləğv edəcək. O, çox dəqiq peyk nəzarətində olub və indi də belədir. Hücumun baş verdiyi tarixdən bəri heç nəyə toxunulmayıb.

Biz İranla tariflər və sanksiyaların yumşaldılması məsələlərini danışırıq və danışacağıq. 15 maddənin çoxu barəsində razılıq əldə olunub”, - Tramp qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR