ABŞ və İran arasında danışıqlar davam edir.
APA xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlaması zamanı bildirib.
“İranla işlərimiz çox yaxşı gedir. Biz İranla danışmışıq və danışmağa davam edirik”, – deyə Tramp bildirib.
O, danışıqların məzmununu açıqlamayıb. ABŞ lideri həmçinin Vaşinqtonun atdığı addımlar nəticəsində Hörmüz boğazının gəmiçilik üçün açıq olduğunu iddia edib.