Bank Of Baku

Tramp Kiyevin əlavə HHM vasitələrinin tədarükü tələbinin üzərində işləyəcək

Tramp Kiyevin əlavə HHM vasitələrinin tədarükü tələbinin üzərində işləyəcək
# 19 mart 2025 22:21 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Volodimir Zelenskinin əlavə hava hücumundan müdafiə sistemləri tələbinə müsbət cavab verib.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio və ABŞ-nin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltsun birgə bəyanatında deyilir.

Qeyd olunur ki, Zelenski danışıq zamanı hava hücumundan müdafiə sistemlərinin, xüsusən də “Patriot”un əlavə təchizatını istəyib.

"Prezident Trump, xüsusən də Avropada əlimizdə olan şeylər üzərində işləməyə razılıq verdi", - bəyanatda deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR