Bank Of Baku

Tramp Meksikanı 1944-cü il su müqaviləsini pozduğuna görə sanksiyalarla hədələyib

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 11 aprel 2025 06:58 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Meksikanın 1944-cü il tarixli su təchizatı sazişini pozmasına görə bu ölkəyə qarşı tariflərin sərtləşdirilməsi və sanksiyaların tətbiqini mümkün saydığını bildirib.

APA xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Truth Social" hesabında yazıb

“Biz nəticələri daha da sərtləşdirəcəyik – bu, tariflər, hətta bəlkə də sanksiyalar ola bilər. Meksika müqaviləyə əməl etməyə və Texas ştatına ona məxsus olan suyu verməyə başlamayana qədər”, – Tramp qeyd edib.

O, həmçinin qeyd edib ki, su qıtlığı ötən il Texasda yeganə şəkər zavodunun bağlanmasına səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR