Bank Of Baku

KİV: Yaponiyanın qərbində daşqınlar səbəbindən 215 min sakin təxliyə ediləcək

KİV: Yaponiyanın qərbində daşqınlar səbəbindən 215 min sakin təxliyə ediləcək
# 13 avqust 2021 08:22 (UTC +04:00)

Yaponiyanın yerli hakimiyyət orqanları qərb bölgəsində güclü daşqınlar nəticəsində yarana biləcək sürüşmə təhlükəsi səbəbi ilə azı 215 min sakinin təxliyə edilməsinə dair qərar qəbul edib.

APA xəbər verir ki, bu barədə cümə günü “NHK” telekanalı məlumat yayıb.

Qərarın əsasən Xirosima və Simane yaşayış məntəqələrinin sakinlərinə şamil edildiyi qeyd olunub.

Həmin ərazilərdə gün ərzində 200 mm-ə qədər yağıntı düşə biləcəyi, şənbə gününün sonuna qədər bölgədə ekstremal hava şəraitinin davam edəcəyi gözlənilir.

Qeyd edək ki, daha əvvəl leysan yağışları səbəbi ilə Yaponiyanın cənub-qərbində, təxminən 530 min sakin təxliyə edilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR