ABŞ Prezidenti Donald Tramp administrasiyasının miqrantların deportasiyası ilə bağlı həyata keçirdiyi siyasətin həddindən artıq sərt olduğunu etiraf edib.
Bu barədə o, CBS News telekanalına müsahibəsində bildirib.
Jurnalistin deportasiya siyasətinin həddindən artıq irəli gedib-getmədiyi ilə bağlı sualına Tramp belə cavab verib:
“Düşünürəm ki, bu siyasət həddindən artıq sərt olub. Bəli”.
Müstəqil Miqrasiya Siyasəti İnstitutunun məlumatına görə, Trampın ikinci prezidentlik dövrünün ilk 18 ayında ABŞ-dan təxminən 980 min nəfər deportasiya edilib.
Deportasiya olunanlar arasında ölkədə 10 il və daha uzun müddət yaşayan şəxslər də olub.
Qeyd edək ki, Tramp bundan əvvəl dəfələrlə onun hakimiyyətə qayıtmasına qədər ABŞ-a təxminən 25 milyon nəfərin qanunsuz daxil olduğunu iddia edib.
ABŞ Prezidenti miqrasiya siyasətinin sərtləşdirilməsini və qanunsuz miqrasiyaya qarşı daha ciddi tədbirlərin görülməsini müdafiə edib.