Kubanın Vaşinqtondakı səfirliyi rəsmi fəaliyyətə başlayıb - VİDEO

Kubanın Vaşinqtondakı səfirliyi rəsmi fəaliyyətə başlayıb - <span style="color: red;">VİDEO
# 21 iyul 2015 00:22 (UTC +04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, ötən gün yerli vaxtla 10.30-da (Bakı vaxtı ilə 19.30-da) Kubanın ABŞ-dakı maraqları bölməsinin binası qarşısında himnin sədaları altında Kuba bayrağı ucaldılıb.

Mərasim zamanı kiçik bir insidentin baş verdiyi bildirilir. Məlumata görə tədbirə qatılanlardan biri etiraz əlaməti olaraq üzərinə qırmızı boya tökərək asfaltın üstündə oturub. Naməlum şəxs dərhal saxlanılıb.

ABŞ və Kuba arasında diplomatik münasibətlər 1961-ci ildə dayandırılıb. O vaxtdan hər iki ölkənin paytaxtında yalnız maraqlar bölməsi fəaliyyət göstərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR