Bank Of Baku

Tramp: Netanyahuya qarşı məhkəmə araşdırması İran və HAMAS-la danışıqlara mane olur

Tramp: Netanyahuya qarşı məhkəmə araşdırması İran və HAMAS-la danışıqlara mane olur
# 29 iyun 2025 08:30 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, İsraildə Baş nazir Benyamin Netanyahunun rüşvət və fırıldaqçılıqda ittiham olunması ilə bağlı aparılan məhkəmə prosesi İran və HAMAS-la danışıqların aparılmasına mane olur.

“İsraildə Netanyahu ilə bağlı baş verənlər dəhşətlidir”, – deyə Tramp "Truth Social" hesabında yazıb.

“O, müharibə qəhrəmanıdır və ABŞ-la birgə böyük işlər görərək İranın nüvə təhdidini aradan qaldırmaqda uğur qazanmış baş nazirdir. Bundan əlavə, o, hazırda HAMAS-la girovların azad edilməsini nəzərdə tutan razılaşma barədə danışıqlar aparır”, - Ağ Ev rəhbəri qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR