Bank Of Baku

Tramp "Netflix"i şirkətin top-menecerini işdən çıxarmağa çağırıb

ABŞ Prezidenti Donald Tramp

© APA | ABŞ Prezidenti Donald Tramp

# 22 fevral 2026 06:48 (UTC +04:00)

ABŞ prezidenti Donald Tramp "Netflix" şirkətini direktorlar şurasının üzvü, Barak Obama administrasiyasında milli təhlükəsizlik üzrə sabiq müşavir olmuş Syuzan Raysı vəzifəsindən azad etməyə çağırıb.

APA xəbər verir ki, Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

“Netflix dərhal Trampa qarşı mübarizəyə aludə olmuş Syuzan Raysı işdən çıxarmalıdır”, – deyə o bildirib.

ABŞ prezidentinin sözlərinə görə, Rays vəzifəsində qalacağı təqdirdə, Netflix mənfi nəticələrlə üzləşə bilər.

Tramp əlavə edib ki, Raysın nə istedadı, nə də bacarığı var.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR