Bank Of Baku

Tramp Pentaqonun Maskı Çinlə müharibə barədə məlumatlandıracağını təkzib edib

Donald Tramp, ABŞ Prezidenti

© APA | Donald Tramp, ABŞ Prezidenti

# 21 mart 2025 09:16 (UTC +04:00)

ABŞ Prezidenti Donald Tramp Pentaqonun Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskı sabah Çinlə mümkün müharibə barədə məlumatlandıracağı ilə bağlı yayılan xəbəri təkzib edib.

APA-nın xəbərinə görə, Donald Tramp “New York Times”-in bu barədə yaydığı xəbərin feyk olduğunu bildirib.

“Bu, nə cəfəngiyatdır? Bu məsələ hətta heç yada düşməyib, müzakirə olunmayıb. Nüfuzdan düşmüş medianın belə yalanlar uydurması biabırçılıqdır. İstənilən halda bu, tamamilə yalandır!”, - deyə Donald Tramp vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR