Xaçmazda 64 yaşlı kişi küçədə ölüb - FOTO - VİDEO

Xaçmazda 64 yaşlı kişi küçədə ölüb - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 05 avqust 2015 13:01 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün günorta saatlarında Azərbaycanın Xaçmaz rayonunda ölüm hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz şəhər sakini, 1961-ci il təvəllüdlü İdrisov İdris Mövlud oğlu şəhərin Nəriman Nərimanov prospektində ölüb. Onun meyiti tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb. Tibbi ekspertizanın nəticəsindən sonra ölümün səbəbləri müəyyənləşəcək.

İlkin ehtimala görə, İ. İdrisov günvurmadan ölüb.

Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR