ABŞ səfiri Atletlər Kəndində olub - FOTO

ABŞ səfiri Atletlər Kəndində olub - <span style="color: red;">FOTO
# 24 iyun 2015 14:48 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Atletlər Kəndinə gedərək Bakı-2015 Birinci Avropa Oyunları Təşkilatı Komitəsinin rəsmiləri və bir neçə dövlətin idmançıları ilə görüşüb.


APA-nın ABŞ səfirliyinin rəsmi “Facebook” səhifəsinə istinadən verdiyi xəbərə görə, səfir R. Sekuta Avropa Oyunlarına bənzər beynəlxalq idman tədbirlərinin müxtəlif dövlətləri və mədəniyyətləri təmsil edən insanların bir araya gətirilməsində oynadığı rola diqqət çəkib: “Oyunun qaydalarına riayət etmək, idmançıların və komandaların uğuruna sevinmək, yarış bitəndən sonra rəqiblərin biri-birinin əlini sıxması kimi hərəkətlər idman yarışlarının və Olimpiya hərəkatının əsas aspektləridir və biz hamımız bunları öyrənib digər fəaliyyətlərimizdə tətbiq edə bilərik”.

Səfir idmançıları təbrik edərək onlara gələcək yarışlarda uğurlar arzulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR