"İnter"in baş məşqçisi: "İslandiyanı sərfəli nəticə ilə tərk etmək istəyirik"

"İnter"in baş məşqçisi: "İslandiyanı sərfəli nəticə ilə tərk etmək istəyirik"
# 15 iyul 2015 16:45 (UTC +04:00)

Bakı - APA. “Komandamızda yeni futbolçular çoxdur. Buna baxmayaraq, İslandiyanı sərfəli nəticə ilə tərk etmək istəyirik”.

Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze deyib.

“Bankirlər” UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sabah İslandiya klubu "Hafnaryordur"un qonağı olacaq. Bu gün “Kaplakriki” stadionunda Z. Svanadzenin iştirakı ilə oyunöncəsi mətbuat konfransı keçirilib. Baş məşqçi şansları bərabər qiymətləndirib: “Hafnaryordur”un son oyunlarını izləmişik. Hər iki komandanın şansları bərabərdir. Sabah hər iki tərəf üçün maraqlı oyun olacaq".

Qeyd edək ki, “İnter” oyunöncəsi son məşqinə bu gün Bakı vaxtı ilə saat 00:00-da çıxacaq. “Hafnarfyordur” – “İnter” matçı sabah Bakı vaxtı ilə saat 00:15-də başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR